"Yeşilçam"ın tanınmış aktyorlarından Faruk Peker uzun illərdir Türkiyənin Muğla vilayətinin Köyceğiz rayonundakı dağ kəndində yaşayır. Sakit həyat sürmək üçün bu bölgəni seçən aktyor qonşuları ilə yaşadığı problemlərlə gündəmə gəlib.
Demokrat.az-ın məlumatına gör, Faruk Peker bildirib ki, uzun müddətdir davam edən mübahisələr onun gündəlik həyatına mənfi təsir göstərir. Onun sözlərinə görə, xüsusilə 75 yaşlı qadın qonşusu da daxil olmaqla üç nəfər onu davamlı şəkildə narahat edir.
Aktyor yaşadığı vəziyyəti belə təsvir edib: "Yaşadıqlarım sözün əsl mənasında terror kimidir. Daim təzyiq və narahatlıqla üzləşirəm, artıq rahatlığım qalmayıb".
Peker qeyd edib ki, yaranmış vəziyyət dözülməz həddə çatıb və bu hadisələr onu psixoloji cəhətdən də yıpradıb.
Aktyorun açıqlamaları qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Faruk Peker 1970–1980-ci illərdə "Yeşilçam"ın tanınmış simalarından biri kimi çoxsaylı film və seriallarda rol alıb. Son illərdə isə Muğlanın Köyceğiz rayonundakı dağ kəndində, ictimaiyyətdən uzaq sakit həyat sürür.
Jalə Demokrat.az


