Dünya Özəl

Təslim olan terrorçuların cəzası yüngülləşə bilər: Türkiyədə yeni qanun hazırlanır

Təslim olan terrorçuların cəzası yüngülləşə bilər: Türkiyədə yeni qanun hazırlanır

Türkiyədə PKK üzvlərinin tərk-silah edilməsindən sonra "cəzaların yüngülləşdirilməsi" ilə bağlı qanun layihəsi hazırlanıb.

Qanun layihəsi həmçinin artıq çıxarılmış hökmlərin icrasının təxirə salınması imkanını da nəzərdə tutur.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentə "Terrorsuz Türkiyə" prosesinin həyata keçirilməsi ilə bağlı qanun layihəsi təqdim edib.

Demokrat.az xəbər verir ki, Qanun Layihəsi terrorçu təşkilat kimi tanınan PKK-nın (Kürdüstan Fəhlə Partiyasının) fəaliyyətinə son qoyması və silahlarını təhvil verməsi şərti ilə, təşkilat üzvlərinə qarşı istintaq və məhkəmə proseslərinin, eləcə də hökmlərin icrasının təxirə salınmasını nəzərdə tutur.

Sənədə əsasən, təhlükəsizlik orqanları PKK-nın fəaliyyətinin dayandırılmasını təsdiqlədikdən və müvafiq Milli Təhlükəsizlik Şurasının qərarı Türkiyənin rəsmi qəzetində dərc edildikdən sonra, ittihamların ağırlıq dərəcəsindən asılı olaraq, bir sıra hüquqpozmalarla bağlı istintaq və məhkəmə prosesləri 5 və ya 10 il müddətinə təxirə salına bilər.

İstisna hallara, xüsusilə, təşkilatın fəaliyyəti çərçivəsində törədilmiş qəsdən adam öldürmə halları, habelə ömürlük həbs cəzası ilə cəzalandırılan müəyyən cinayətlər daxil olacaq.

Alparslan Demokrat.az

D
demokrat.az