Maraqlı Özəl

Venera Tərəzi bürcündə: Sevgi və münasibətlərdə yeni tarazlıq dövrü

Venera Tərəzi bürcündə: Sevgi və münasibətlərdə yeni tarazlıq dövrü

Astrologiyada sevgi, gözəllik və münasibətləri simvolizə edən Venera avqustun 6-dan etibarən idarə etdiyi Tərəzi bürcünə keçir. Astroloqların fikrincə, planetin öz bürcündə yerləşməsi onun təsirini gücləndirir və yaxın həftələrdə münasibətlər, tərəfdaşlıqlar, diplomatiya və estetik mövzuları ön plana çıxarır.

Demokrat.az xəbər verir ki, bu dövrün əsas mövzusu *tarazlıq* olacaq. Küskünlüklərin aradan qaldırılması, münasibətlərdə qarşılıqlı anlaşmanın güclənməsi, ədalətli qərarlar qəbul etmək istəyi və gözəlliyə marağın artması diqqət çəkən tendensiyalar sırasındadır.

Astroloqlar hesab edirlər ki, Veneranın Tərəzi bürcündə olduğu müddətdə insanlar münaqişədən daha çox kompromisə üstünlük verəcək. "Haqlı olmaq" əvəzinə "uyğunluq yaratmaq" istəyi güclənə bilər. Ev dekorasiyası, geyim tərzi, şəxsi görünüş, incəsənət, moda, dizayn və mədəni tədbirlərə marağın artacağı da proqnozlaşdırılır.

Bununla yanaşı, bu tranzitin çətin tərəfləri də var. Qərar verməkdə tərəddüd etmək, hər kəsi razı salmağa çalışmaq və şəxsi maraqları ikinci plana keçirmək bəzi insanlar üçün problem yarada bilər.

Bürclərə təsiri

Qoç – Münasibətlər ön plana çıxır. Partnyorla vacib söhbətlər mümkündür, subaylar isə yeni tanışlıqlarla qarşılaşa bilər.

Buğa – İş və gündəlik həyatınızda nizam-intizam və rahatlıq arzusu güclənəcək. Sağlam həyat tərzinə keçmək üçün münasib zamandır.

Əkizlər – Sevgi həyatı canlanır. Yaradıcılıq, əyləncə və sosial tədbirlər üçün əlverişli dövrdür.

Xərçəng – Ev və ailə məsələlərində müsbət dəyişikliklər gözlənilir. Evdə yeniliklər və ailədaxili münasibətlərin yaxşılaşması mümkündür.

Şir – Ünsiyyət bacarıqlarınız güclənəcək. Yeni tanışlıqlar və qısa səfərlər gündəmə gələ bilər.

Qız – Maliyyə məsələlərində daha balanslı yanaşma formalaşacaq. Yeni qazanc imkanları yarana bilər.

Tərəzi – Diqqət mərkəzində siz olacaqsınız. Xarici görünüşdə dəyişiklik, yeni başlanğıclar və münasibətlərdə müsbət inkişaf üçün əlverişli zamandır.

Əqrəb – Keçmiş münasibətlərlə bağlı düşüncələr və emosional yenilənmə ön plana çıxacaq.

Oxatan – Dost çevrəsi genişlənə, yeni kollektiv layihələr və əməkdaşlıqlar yarana bilər.

Oğlaq – Karyerada diplomatik yanaşma uğur gətirə bilər. İşgüzar münasibətlərdə müsbət inkişaf gözlənilir.

Dolça – Təhsil, səyahət və yeni biliklər qazanmaq üçün əlverişli dövr hesab olunur.

Balıqlar – Emosional bağlar dərinləşə bilər. Ortaq maliyyə məsələlərində diqqətli olmaq tövsiyə edilir.

Astroloqların tövsiyələri

Bu dövrdə münasibətlərdə dialoqa üstünlük vermək, estetik dəyişikliklər etmək, incəsənətlə daha çox maraqlanmaq və mühüm qərarları tələsmədən qəbul etmək məsləhət görülür.

Eyni zamanda, uzun müddət qərarsız qalmaq, yalnız qarşı tərəfi razı salmaq naminə öz istəklərinizdən imtina etmək və lazımsız xərclərdən çəkinmək tövsiyə olunur.

Jalə Demokrat.az

D
demokrat.az