Maraqlı Özəl

Səmada Maral Ayı göründü: Astroloqlar bunun bürclərə təsirindən danışır

Səmada Maral Ayı göründü: Astroloqlar bunun bürclərə təsirindən danışır

Astroloqların fikrincə, Maral Ayı (Buck Moon) adlanan dolunay mühüm məsələlərin yekunlaşması, həyatın yenidən qiymətləndirilməsi və dəyişikliklər dövrünü simvolizə edir.

Demokrat.az xəbər verir ki, "Mirror" nəşrinin yazdığına görə, bu dolunayın təsirini ən çox Dolça bürcü altında doğulanların hiss edəcəyi iddia olunur.

İyulun 29-da səmada ənənəvi olaraq iyul dolunayına verilən Maral Ayı adı ilə tanınan dolunay müşahidə olunub. Astroloqlar bildirirlər ki, onun təsiri təkcə astronomik hadisənin baş verdiyi günlə məhdudlaşmır, sonrakı bir neçə gün də davam edir.

Astroloq və mənəvi məsləhətçi Tetyana Tsvilin sözlərinə görə, bu il dolunay Dolça bürcündə baş verdiyi üçün əsas mövzular dostluq, birgə layihələr, sosial əlaqələr, texnologiyalar, seçim azadlığı və gələcək planlar olacaq.

Onun sözlərinə görə, Dolça enerjisi insanları yeni tanışlıqlara, qeyri-ənənəvi həll yollarına və dəyişiklik istəyinə sövq edə bilər. Bununla yanaşı, insanların daha müstəqil, prinsipial və öz mövqelərini qətiyyətlə müdafiə etməyə meyilli olacağı da iddia edilir.

Hansı bürclər daha çox təsirlənəcək?

Astroloji proqnoza görə, dolunay hər bürc üçün fərqli sahələrə təsir göstərə bilər:

* Qoç – dostlar və gələcək planlar; * Buğa – karyera; * Əkizlər – təhsil və səyahətlər; * Xərçəng – maliyyə; * Şir – tərəfdaşlıq münasibətləri; * Qız – iş və sağlamlıq; * Tərəzi – sevgi və yaradıcılıq; * Əqrəb – ailə məsələləri; * Oxatan – danışıqlar və sənədlər; * Oğlaq – maddi vəziyyət; * Balıqlar – istirahət və daxili harmoniya.

Astroloqun sözlərinə görə, ən güclü təsiri Dolça bürcü altında doğulanlar hiss edə bilərlər. Onlar üçün bu dövrün prioritetlərin dəyişməsi, məqsədlərin yenidən qiymətləndirilməsi, mühüm qərarlar və şəxsi prinsiplərə uyğun hərəkət etmək istəyi ilə bağlı yeni həyat mərhələsinin başlanğıcı ola biləcəyi bildirilir.

Maral Ayı niyə belə adlanır?

Maral Ayı adı Şimali Amerikanın yerli xalqlarının ənənələrindən qaynaqlanır. Məhz iyulun sonlarında cavan maralların yeni buynuzları çıxmağa başladığı üçün bu dolunay böyümə, yenilənmə və daxili gücün simvolu hesab olunur.

Astroloqlar həmçinin qeyd edirlər ki, Ayın Plutonla yaxın mövqedə olması emosiyaları və daxili dəyişiklik istəyini gücləndirə, Günəşin Yupiterə yaxınlığı isə özünəinamı, ambisiyaları və böyük planları həyata keçirmək arzusunu artıra bilər.

Jalə Demokrat.az

D
demokrat.az