Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.
Demokrat.az "Bakupost"a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edilir.
Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.
Demokrat.az

