İdman Özəl

UEFA FIFA prezidentinə qarşı məhkəmə iddiası qaldıra bilər

UEFA FIFA prezidentinə qarşı məhkəmə iddiası qaldıra bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinoya qarşı futbol üzrə dünya çempionatlarının keçirilməsi hüquqlarının mümkün satışı ilə bağlı məhkəmə iddiası qaldırmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, FIFA dünya çempionatlarının keçirilməsi hüquqlarının özəl investorlara satılması məqsədilə “FIFA Forward Enterprise” (FFE) adlı şirkət yaratdığını açıqlamışdı. Lakin sonradan bu təşəbbüsdən imtina edildiyi bildirilib.

UEFA FIFA-ya FFE layihəsi ilə bağlı hər hansı sənəd və materialın silinməsinin yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Bundan əlavə, FIFA-nın törəmə şirkətinin səhmlərinin 20 faizinin satılması planlaşdırılan ABŞ prezidenti ailəsinin qohumu Coşua Kuşnerə qarşı da məhkəmə iddialarının hazırlanması barədə məlumat verilib.

Həmçinin layihənin hazırlanmasında iştirak etdiyi bildirilən “BANN Ventures” şirkətinin rəhbəri Qreq Maffey, “JP Morgan” bankı və “OpenEconomics” təşkilatına da müvafiq hüquqi bildirişlər göndərilib.

Daha əvvəl İngiltərə və Uels futbol assosiasiyaları 2027-ci il martın 18-də keçiriləcək FIFA prezident seçkilərində Canni İnfantinonun namizədliyini dəstəkləyən məktublarını geri götürdüklərini açıqlamışdılar.

Jalə Demokrat.az

D
demokrat.az