Maraqlı Özəl

Avqust bürclərə nə vəd edir? — Astroloqdan 12 bürc üçün aylıq proqnoz

Avqust bürclərə nə vəd edir? — Astroloqdan 12 bürc üçün aylıq proqnoz

2026-cı ilin avqust ayı astroloji baxımdan diqqətçəkən hadisələrlə yadda qala bilər. Astroloq Alina Safronovanın sözlərinə görə, ay ərzində baş verəcəyi bildirilən mühüm planet hərəkətləri və tutulmalar bir çox bürcün həyatında yeni mərhələnin başlanğıcına səbəb ola bilər.

Demokrat.az astroloqun avqust ayı üçün bürclərlə bağlı proqnozunu təqdim edir.

Qoç

Avqust ayında sevgi, yaradıcılıq və şəxsi inkişaf ön plana çıxa bilər. Yeni tanışlıqlar, maraqlı məşğuliyyətlər və ailə ilə bağlı sevindirici xəbərlər gündəmə gələ bilər.

Buğa

Buğa bürcünü ev və ailə həyatı ilə bağlı yeniliklər gözləyə bilər. Köç, təmir işləri, daşınmaz əmlakın alqı-satqısı və yaşayış yerinin dəyişməsi ehtimal edilir.

Əkizlər

Ünsiyyət, təhsil və karyera sahəsində fəallıq müşahidə oluna bilər. Yeni iş təklifləri, vəzifə dəyişikliyi və şəxsi bizneslə bağlı imkanların yaranacağı bildirilir.

Xərçəng

Maliyyə məsələləri bu ay əsas mövzulardan biri ola bilər. Yeni gəlir mənbələrinin yaranması, təhsil və xarici ölkələrlə bağlı planların reallaşması ehtimal edilir.

Şir

Astroloqun fikrincə, avqust ayının ən uğurlu bürclərindən biri Şir ola bilər. Şəxsi imic, maliyyə və gələcəklə bağlı mühüm qərarlar bu dövrdə gündəmə gələ bilər.

Qız

Qız bürcü üçün daxili rahatlıq, mənəvi yenilənmə və şəxsi münasibətlər ön plana çıxa bilər. Bəzi şəxslər üçün ciddi münasibət və evlilik mövzusu aktuallaşa bilər.

Tərəzi

Yeni dostluqlar, kollektiv layihələr və iş mühitində dəyişikliklər gözlənilir. Astroloq sağlamlıq və gündəlik həyat tərzinə də diqqət yetirməyi tövsiyə edir.

Əqrəb

Karyera sahəsində mühüm irəliləyişlər və yeni imkanlar yarana bilər. Şəxsi həyatda isə romantik münasibətlərin canlanacağı bildirilir.

Oxatan

Səyahət, təhsil və yaşayış yeri ilə bağlı dəyişikliklər avqust ayında ön plana çıxa bilər. Xarici ölkələrlə bağlı planların reallaşması ehtimal edilir.

Oğlaq

Maliyyə və şəxsi inkişaf sahəsində mühüm qərarlar qəbul oluna bilər. Böyük layihələr və uzunmüddətli planlar üçün əlverişli dövr olduğu bildirilir.

Dolça

Həm işgüzar, həm də şəxsi münasibətlərdə yeni imkanlar yarana bilər. Astroloqun proqnozuna görə, mühüm tərəfdaşlıqların qurulması ehtimalı yüksəkdir.

Balıqlar

Sağlamlıq, gündəlik rejim və iş həyatı əsas diqqət mərkəzində ola bilər. Yeni vərdişlər qazanmaq və həyat tərzini dəyişmək üçün münasib dövr hesab olunur.

Astroloqun proqnozuna görə, avqust ayı bir çox bürc üçün yeniliklər, mühüm qərarlar və dəyişikliklərlə yadda qala bilər.

Jalə Demoktat.az

D
demokrat.az