Qış tədarükü mövsümündə ən çox hazırlanan məhsullardan biri də xiyar turşusudur. Düzgün hazırlanmış turşu həm uzun müddət saxlanılır, həm də xırtıldayan quruluşunu itirmir. Bir neçə sadə qaydaya əməl etməklə ev şəraitində dadlı xiyar turşusu hazırlamaq mümkündür.
Demokrat.az xiyar turşusunun asan hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar (700 qramlıq banka üçün): 1 budaq quru şüyüd başı Bir qədər qıtıqotu (xren) yarpağı 3 ədəd qarağat yarpağı 3 ədəd albalı yarpağı 1 ədəd dəfnə yarpağı 1 ədəd acı bibər 3 diş sarımsaq Bankanı dolduracaq qədər xiyar 1 çay qaşığı duz Yarım çay qaşığı şəkər tozu Dörddəbir ədəd aspirin 5-6 ədəd qara istiot dənəsi Hazırlanma qaydası
Əvvəlcə bankaları sterilizasiya edin. Daha sonra bankanın içinə quru şüyüd başını, qıtıqotu yarpağını, qarağat və albalı yarpaqlarını, dəfnə yarpağını, sarımsağı, acı bibəri və qara istiot dənələrini yerləşdirin.
Ardınca bankanı xiyarla sıx şəkildə doldurun və üzərinə qaynar su tökün. Su soyuduqdan sonra onu bankadan boşaldın.
Sonra bankaya duz, şəkər tozu və aspirin əlavə edin. Yenidən qaynar su tökərək qapağını möhkəm bağlayın.
Turşunu sərin və qaranlıq yerdə saxlayın. Bir müddət sonra xiyarlar tam yetişəcək və süfrəyə təqdim etməyə hazır olacaq.
Jalə Demokrat.az


