Kubada dərinləşən yanacaq qıtlığı ölkənin nəqliyyat sistemində ciddi dəyişikliklərə səbəb olub.
Demokrat.az xəbər verir ki, bir vaxtlar ölkənin simvoluna çevrilən klassik avtomobillər tədricən istifadədən çıxır, onların yerini isə əsasən Çin istehsalı olan elektrikli trisikllər tutur.
Aşağı istismar xərcləri və rahat istifadəsi sayəsində elektrikli trisikllər yüz minlərlə kubalının əsas nəqliyyat vasitəsinə çevrilib. Ölkədə elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən bir çox istifadəçi trisikllərinə günəş panelləri quraşdıraraq onları şəbəkədən asılı olmadan enerji ilə təmin edir.
Bu üsul həm yanacaq xərclərini aradan qaldırır, həm də elektrik infrastrukturundakı problemlərin təsirini minimuma endirir. Yüksək yanacaq sərfiyyatı ilə seçilən köhnə avtomobilləri əvəz edən elektrikli trisikllər həm sərnişin, həm də yük daşınmasında geniş istifadə olunur.


