İdman Özəl

Dünya çempionu olan ispan futbolçu ailəsi ilə Türkiyədə istirahət edir — FOTO

Dünya çempionu olan ispan futbolçu ailəsi ilə Türkiyədə istirahət edir — FOTO

"Tottenhem"in heyətində çıxış edən İspaniya milli komandasının futbolçusu Pedro Porro ailəsi ilə birlikdə Antalyada istirahət edir.

Demokrat.az xəbər verir ki, 26 yaşlı futbolçunun həyat yoldaşı Mariya Urtado və övladları ilə birlikdə Antalyada bir həftəlik tətil keçirəcəyi bildirilir. Gərgin mövsüm və Dünya çempionatından sonra ailəsi ilə dincəlmək imkanı əldə edən Pedro Porro otelin əyləncə zonalarında uşaqları ilə xoş vaxt keçirib.

İspaniyalı futbolçu su parkındakı sürüşkən attraksionlarda övladları ilə əylənib, həmçinin delfin şousunu izləyib. Gün ərzində ailəsi ilə birlikdə su parkında vaxt keçirən ulduz futbolçu müxtəlif əyləncə və istirahət tədbirlərində də iştirak edib.

Dünya çempionu olan ispan futbolçu ailəsi ilə Türkiyədə istirahət edir — FOTO

Jalə Demokrat.az

D
demokrat.az