Şou-biznes Özəl

Neptun dörd bürcə daha güclü təsir göstərə bilər: Hansılardır?

Neptun dörd bürcə daha güclü təsir göstərə bilər: Hansılardır?

Astroloji şərhlərə görə, iyulun 7-də başlayan və dekabrın 12-dək davam edəcək retroqrad Neptun dövrü insanların həyatında müxtəlif dəyişikliklərə səbəb ola bilər.

Demokrat.az-ın məlumatına görə, astroloq İrina Nijnik bildirib ki, bu dövr nə müsbət, nə də mənfi hesab olunur və onun təsiri əsasən insanların hadisələrə yanaşmasından asılıdır.

Astroloqun sözlərinə görə, Neptun astrologiyada arzuları, intuisiyanı, ilhamı, eyni zamanda illüziyaları və özünüaldatma meylini simvolizə edir. Planetin retroqrad hərəkəti dövründə insanların uzun müddət görməzlikdən gəldiyi bəzi həqiqətlər üzə çıxa və onlar həyatlarını yenidən qiymətləndirə bilərlər.

Mütəxəssis hesab edir ki, bu dövrdə xüsusilə münasibətlər, maliyyə məsələləri və peşə fəaliyyəti ilə bağlı qərarlar diqqətlə nəzərdən keçirilməlidir. Onun fikrincə, insanlar tərəfdaşlarının əsl niyyətlərini daha aydın görə, riskli maliyyə təkliflərinə qarşı daha ehtiyatlı ola və peşə seçimlərini yenidən gözdən keçirə bilərlər.

İrina Nijnikin astroloji şərhinə əsasən, bu dövrün təsiri xüsusilə Balıqlar, Qız, Əkizlər və Oxatan bürclərində doğulan şəxslər üçün daha güclü hiss oluna bilər. O əlavə edib ki, fərdi doğum xəritəsində Balıqlar, Qoç, Qız və Tərəzi bürclərinin ikinci yarısında mühüm planetləri olan şəxslər də bu təsiri daha çox hiss edə bilərlər.

Astroloq bildirib ki, retroqrad Neptun dövründə keçmiş münasibətlər və ya yarımçıq qalmış emosional mövzular yenidən gündəmə gələ bilər. Lakin onun fikrincə, bu, daha çox daxili emosional prosesləri tamamlayaraq keçmişlə hesablaşmaq imkanı yaradır.

Mütəxəssis bu müddətdə böyük maliyyə yatırımlarından, şübhəli layihələrdən, mühüm sənədlərin imzalanmasından və emosiyaların təsiri altında taleyüklü qərarlar qəbul etməkdən çəkinməyi tövsiyə edir.

Astroloqun qənaətinə görə, bu dövr psixoterapiya, meditasiya, yaradıcılıq, özünüinkişaf və həyat dəyərlərinin yenidən qiymətləndirilməsi üçün daha əlverişli hesab olunur.

Jalə Demokrat.az

D
demokrat.az