İdman Özəl

İkardiyə ölkədən çıxış qadağası qoyuldu

İkardiyə ölkədən çıxış qadağası qoyuldu

"Qalatasaray"dan ayrılan Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında övladların qəyyumluğu ilə bağlı mübahisə daha da kəskinləşib.

Demokrat.az-ın məlumatına görə, Argentina mətbuatının yaydığı məlumata görə, məhkəmə futbolçu Mauro İkardi barədə ölkədən çıxış qadağası qərarı qəbul edib. Bildirilir ki, buna səbəb onun qızları Françeska və İzabellanın pasport sənədlərinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri imzalamamasıdır.

Sənədlərin itirildiyini iddia edən İkardi qərarın hüquqi əsaslarını şübhə altına alıb və 24 saatlıq müddət başa çatmadan qadağanın tətbiq edilməsinə etiraz edib.

Futbolçu qızlarının İtaliya vətəndaşı olduğunu xatırladaraq, iş üzrə yurisdiksiyanın İtaliyaya məxsus olduğunu bildirib.

Vanda Nara isə sosial media hesabında paylaşım edərək, İkardinin uşaqlarının sənədlərini imzalamadığını qeyd edib. O, paylaşımında "Başqalarının uşaqlarına atalıq edən adam əvvəlcə öz uşaqlarının sənədlərini imzalasın" ifadələrini işlədib.

Nara əlavə edib ki, İkardi vəkili vasitəsilə qızlarının Argentinaya qayıtmasını istəmədiyini irəli sürüb.

Jalə Demokrat.az

D
demokrat.az