İyulun 6-dan etibarən, "MoLoChKa" əməliyyatı çərçivəsində Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri Rusiyaya məxsus 130 gəmiyə — Azov dənizində 75, Qara dənizdə isə 55 gəmiyə — zərbə endirib. Ümumilikdə isə 200-dən çox Rusiya gəmisi vurulub.
Demokrat.az-ın məlumatına görə, bu barədə Ukraynanın pilotsuz sistemlər qüvvələrinin komandiri Robert "Madyar" Brovdi məlumat verib.
Onun sözlərinə görə, bu yaxınlarda dörd rus tankerinə hücum edilib və Krımda Rusiya patrul katerlərinin bazasına dəyib.
İyulun 6-dan etibarən Ukraynanın Pilotsuz Sistemləri Qüvvələri (USF) “MoLoChKa” əməliyyatı çərçivəsində (“Moskva Krımdan keçərək yıxılacaq” ifadəsinin qısaltması) 205 Rusiya tankerini (Azov dənizində 130, Qara dənizdə 75) vurub.
"Madyar" əlavə edib ki, Zaporojye vilayətinin İvanovka yaşayış məntəqəsindəki Rusiya istehsalı olan P-18 radarı və Donetsk vilayətində daşıyıcı üzərində yerləşdirilmiş "Buk-M3" zenit-raket kompleksi də hücuma məruz qalıb.
O, Donetsk aerodromunda Rusiyanın zərbə PUA-larının saxlanması və buraxılması üçün istifadə olunan obyektin vurulduğunu da bildirilib. Son olaraq isə, Rusiyanın Rostov vilayətində "Nebo-SVU" radarına və "Sopka-2" marşrut radarı sisteminə də zərbələr endirilib.
Alparslan Demokrat.az


