Gündəm

Bakı Qızlar Universitetinin tələbələri digər ali məktəblərə köçürüləcək

Bakı Qızlar Universitetinin tələbələri digər ali məktəblərə köçürüləcək

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi təmin ediləcək.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, universitetin akkreditasiyadan keçməməsi və təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsiz davam etməsi üçün onların ixtisaslarına uyğun digər universitetlərə köçürülməsi həyata keçiriləcək.

Nazirlik vurğulayıb ki, bu addım tələbələrin təhsil hüquqlarının qorunması məqsədi daşıyır.

Demokrat.az

D
demokrat.az