Xəbər verdiyimiz kimi,ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub.
Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirənRauf Ədalət oğlu Hüseynovvə dostuBəhruz İlham oğlu Sultanovfutbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər. Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.
Qeyd edək ki, hadisə vaxtı Raufun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğluAğaverdiyevinidarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilindəki sərnişin B.Sultanov dünyasını dəyişib, digər sürücü xəsarət alıb.
Fotoda Rauf Hüseynov

Fotoda Bəhruz Sultanov

Demokrat.az


