İtaliyalı mütəxəssis Roberto Mançini yenidən ölkəsinin futbol üzrə milli komandasının baş məşqçisi olmağa razılıq verib.
Demokrat.az xəbər verir ki, bu barədə tanınmış transfer insayderi Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
"Roberto Mançini İtaliya millisinə rəhbərlik etməyə razılıq verib", deyə Romano bildirib.
Bundan əvvəl Andrea Pirlonun Rusiya bukmeker şirkəti ilə əlaqələrinə görə İtaliya millisinin baş məşqçisi postuna təyin oluna bilməyəcəyi barədə məlumat yayılmışdı.
Roberto Mançini 2018–2023-cü illərdə də İtaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda AVRO-2020-nin qalibi olub. Turnirin final mərhələsi pandemiya səbəbindən 2021-ci ildə keçirilib.
O, 2026-cı ilin əvvəlində Səudiyyə Ərəbistanı millisindən ayrıldıqdan sonra işsizdir.
İtaliya millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. Bundan sonra baş məşqçi Cennaro Qattuzo vəzifəsini tərk edib.
Jalə Demokrat.az


