İdman Özəl

17 və 19 yaşlarında tanış olmuşdular: 10 il sonra evləndilər — FOTOLAR

17 və 19 yaşlarında tanış olmuşdular: 10 il sonra evləndilər — FOTOLAR

İngiltərənin "Mançester Siti" klubunun italiyalı qapıçısı Canluici Donnarumma həyatının ən xoş günlərindən birini yaşayıb.

Demokrat.az xəbər verir ki, futbolçu uzun illərdir birlikdə olduğu Alessiya Elefante ilə vətəni İtaliyada möhtəşəm toy mərasimi keçirib.

Canluici Donnarumma və Alessiya Elefante 2016-cı ildə doğma şəhərləri olan Neapol yaxınlığındakı Kastellammare-di-Stabiada tanış olublar. Həmin vaxt Donnarummanın 17, Elefantenin isə 19 yaşı olub.

Qısa müddət sonra onların arasında romantik münasibət yaranıb. Cütlük 2024-cü ildə Leo adlı oğul övladı sahibi olub.

Bu ilin may ayında Donnarumma və Elefante "uzunmüddətli müqavilə imzaladıq" ifadəsi ilə rəsmi nikah bağladıqlarını açıqlamışdılar. Daha sonra isə yaxın dostları və ailə üzvlərinin iştirakı ilə təntənəli toy mərasimi təşkil edərək sevincini bölüşüblər.

Toy mərasimində futbol dünyasının tanınmış simaları da iştirak edib. Qonaqlar arasında Pep Qvardiola, Erlinq Haaland, Sandro Tonali, Paolo Maldini və Nikolo Barella da yer alıblar.

Peşəcə interyer dizayneri olan Alessiya Elefante ictimaiyyətin diqqət mərkəzində olmağı sevməsə də, həyat yoldaşının oyunlarını mütəmadi izləyir və ona dəstək göstərir.

Jalə Demokrat.az

D
demokrat.az