Türkiyəli aktyorlar HalukBilginer və AliAtay yenidən eyni layihədə yer alacaqlar.
İkilibudəfə "Güneye Giderken" filmində rol alacaq.Yol hekayəsindən bəhsedən filmin ssenarimüəllifi Ali Ataydır. O, eyni zamanda ekranişinin rejissorluğunu daöz üzərinə götürəcək.
Filminçəkilişlərinə iyulun 30-dastart veriləcək. Ekranişi "Prime Video" platformasında yayımlanacaq.
Qeyd edək ki, aktyorlar daha əvvəl "Masum", "Şeref Bey", "Sekizinci Aile" və"Nuh Tepesi" kimiekranişlərində birlikdə kameraqarşısına keçiblər.
Demokrat.az


