80 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz İsfahan Həsənov 17 yaşadək idmançılar arasında keçirilən dünya çempionatının yarımfinal görüşünə çıxıb.
Demokrat.az xəbər verir ki, o, yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusla qarşılaşıb.
Gərgin keçən qarşılaşma Azərbaycan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, İsfahan Həsənov yarımfinala gedən yolun müvafiq mərhələlərində Toma Yelenç (Xorvatiya), Şimon Treder (Polşa) və Abdülhalik Balını (Türkiyə) məğlub edib.
Demokrat.az


