Gündəm Özəl

"Ahbap"a ianə edən tanınmış şəxslərin adları və məbləğlər açıqlandı

Ahbapa ianə edən tanınmış şəxslərin adları və məbləğlər açıqlandı

Türkiyədə "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində quruma ianə edən bir sıra tanınmış şəxslərin adları və ianə məbləğləri açıqlanıb.

Demokrat.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində müğənni Haluk Leventin təsisçisi olduğu "Ahbap" dərnəyinin topladığı ianələrin qanunsuz istifadə edildiyi iddiaları araşdırılır. İstintaq çərçivəsində Haluk Levent də daxil olmaqla dərnəyin bir neçə rəhbər şəxsi barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Məlumata görə, istintaq zamanı Öykü Serter, Ece Üner, Gökhan Özoğuz, Fatih Portakal, Fatih Altaylı, Şahan Gökbakar, Hazal Kaya, Fatih Koparan, Ruşen Çakır və Özlem Gürses ifadə vermək üçün prokurorluğa çağırılıblar.

İstintaq materiallarında qeyd olunur ki, bəzi tanınmış şəxslər sosial şəbəkələrdə "Ahbap"a dəstək çağırışları ediblər, digərləri isə Haluk Leventin xahişi ilə birbaşa ianə köçürüblər.

"Sözcü" qəzetinin məlumatına əsasən, ən böyük pul ianəsini futbolçular Cengiz Ünder və Çağlar Söyüncü ediblər. Onların hər biri 50 min avro (təxminən 2 milyon 692 min 515 lirə) ianə edib.

Media sahibi Acun Ilıcalı isə 100 yük maşını içməli su və 5 milyon lirə dəyərində müxtəlif ləvazimat dəstəyi göstərib.

Açıqlanan ianə siyahısı

* Tarkan – 1 milyon lirə; * Gülşən – 1 milyon lirə; * Can Yaman – 1 milyon 550 min lirə; * Ajda Pekkan – 1 milyon lirə; * Sibel Can – 1 milyon lirə; * Nuri Şahin – 1 milyon lirə; * Kıvanç Tatlıtuğ – 950 min lirə; * Nevzat Aydın – 750 min lirə; * Ozan Tufan – 800 min lirə; * Cenk Tosun – 600 min lirə; * Arda Turan – 500 min lirə; * Danilo Zanna – 500 min lirə; * Orhan Gencebay – 500 min lirə; * Murat Boz – 500 min lirə; * Edis – 400 min lirə; * Halit Ergenç və Bergüzar Korel – 400 min lirə; * Burak Yılmaz – 300 min lirə; * Hatice Şendil – 300 min lirə; * Hakan Balta – 300 min lirə; * Ali Ece və Danla Bilic – hər biri 250 min lirə; * Kerem Bürsin, Gülse Birsel, İbrahim Büyükak və Mustafa Ceceli – hər biri 200 min lirə; * İrem Derici, Burak Deniz, Emre Kılınç və Gülben Ergen – hər biri 150 min lirə; * Hazal Kaya – 120 min lirə; * Gökçe Bahadır, Ziynet Sali, Sarp Apak, Melis Sezen və Celil Nalçakan – hər biri 100 min lirə.

Qeyd edək ki, istintaq davam edir və sadalanan ianələrin açıqlanması həmin şəxslərin hər hansı hüquqi məsuliyyət daşıması anlamına gəlmir. Onların adlarının istintaq materiallarında yer alması yalnız ianə faktı ilə bağlıdır. Hüquqi qiymətləndirmə istintaqın yekunu və məhkəmə qərarından sonra müəyyənləşə bilər.

Jalə

D
demokrat.az