Braziliya millisinin ulduz futbolçusu Vinisius Juniorun komandasının FIFA Dünya Kubokundan kənarda qalmasından sonra çənə estetik əməliyyatı keçirdiyi iddia olunur.
Demokrat.az xəbər verir, iddiaya görə, turnirdən sonra əməliyyat olunduğu deyilən futbolçunun yeni görünüşü ilk dəfə kameralara əks olunub. Bildirilir ki, simasında baş verdiyi iddia olunan dəyişikliklər səbəbindən bəzi azarkeşlər onu tanımaqda çətinlik çəkiblər.
Məlumatda qeyd olunur ki, Vinisius Junior turnirdə yaşanan uğursuzluqdan qısa müddət sonra çənə korreksiyası əməliyyatı keçirib.
Əməliyyatdan sonra yayıldığı bildirilən görüntülər sosial şəbəkələrdə və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. İddialara görə, futbolçunun çənə quruluşunda nəzərəçarpacaq dəyişiklik baş verib.
Bununla belə, Vinisius Junior və ya onun rəsmi nümayəndələri yayılan məlumatlarla bağlı hələlik ictimaiyyətə hər hansı açıqlama verməyiblər.



