İdman

Final oyununu o idarə edəcək

Final oyununu o idarə edəcək

Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub.

Demokrat.az xəbər verir ki, İspaniya-Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb.

DÇ-2026-da Fransa və İngiltərə komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşdə isə venesuelalı Xesus Valensuela əsas söz sahibi olacaq.

Xatırladaq ki, Fransa-İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya - Argentina matçı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.

Demokrat.az

D
demokrat.az