İdman Özəl

"Qalatasaray"dan İkardiyə duyğulu vida — VİDEO

Qalatasaraydan İkardiyə duyğulu vida — VİDEO

Türkiyə Super Liqasının son çempionu "Qalatasaray"da mühüm ayrılıq baş verib. "Sarı-qırmızılılar" dörd mövsümdür komandanın formasını geyinən argentinalı ulduz hücumçu Mauro İkardi ilə yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, təcrübəli futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb. Tərəflər arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar isə nəticəsiz qalıb.

İstanbul təmsilçisi rəsmi sosial şəbəkə hesablarında paylaşdığı xüsusi mesajla Mauro İkardi ilə vidalaşıb.

Klubun paylaşımında deyilir:

"Əziz Mauro, bu gün ayrılıqdan deyil, "Qalatasaray"a qoyduğun mirasdan danışırıq. Artıq bu formanı geyinməyəcək olsan da, qəlbimizdəki yerin heç vaxt dəyişməyəcək. Çünki sən 7-dən 70-ə bütün "Qalatasaray" azarkeşlərinin sevgisini qazandın. Vurduğun qollar, qazandığın bombardirlik titulları, qırdığın rekordlar və qazandığın kuboklarla klubun tarixinə adını qızıl hərflərlə yazdırdın. Sən təkcə uğurlu futbolçu deyil, həm də "Qalatasaray"ın unudulmaz əfsanələrindən birinə çevrildin. Bir nəslin "Qalatasaray" sevgisində sənin böyük payın var. Bütün azarkeşlər bilir ki, belə sevgi heç vaxt unudulmur."

Qeyd edək ki, Mauro İkardi "Qalatasaray"da keçirdiyi dörd mövsüm ərzində dörd dəfə Türkiyə çempionu olub. Argentinalı hücumçu bu müddətdə 134 rəsmi oyunda meydana çıxaraq 77 qol vurub və komandanın son illərdə qazandığı uğurlarda mühüm rol oynayıb.

Jalə

D
demokrat.az