İdman Özəl

Restoranda arvadını döydü, polis tərəfindən saxlanıldı

Restoranda arvadını döydü, polis tərəfindən saxlanıldı

Türkiyə milli komandasının keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci həyat yoldaşı Fulya Severə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis tərəfindən saxlanılıb. Onun daha sonra sərbəst buraxıldığı bildirilib.

Demokrat.az xəbər verir ki, jurnalist İhsan Yalçının məlumatına görə, Nihat Kahveci barəsində həyat yoldaşını döydüyü iddiası əsasında araşdırma başladılıb.

Hadisə ilə bağlı daxil olan məlumatdan sonra Sarıyer Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək keçmiş milli futbolçunu saxlayıb və polis idarəsinə aparıblar. Sonradan onun sərbəst buraxıldığı açıqlanıb.

Nihat Kahveci ilə Fulya Sever 2018-ci ildə ailə həyatı qurub. Fulya Sever 2010-cu ildə keçirilən "Miss Globe Turkey" gözəllik müsabiqəsinin qalibi, "Miss Globe International" müsabiqəsinin isə dördüncüsü olub. O, modellik fəaliyyəti çərçivəsində Barselona və Parisdə çalışıb. Cütlüyün iki qız övladı var.

Qeyd edək ki, bundan əvvəl Nihat Kahvecinin keçmiş həyat yoldaşı Pınar Kaşgören daha əvvəl məhkəmə vasitəsilə onun barəsində mühafizə və uzaqlaşdırma qərarı aldırmışdı. İddiaya görə, Nihat Kahveci övladlarına mesaj vasitəsilə təhqiramiz ifadələr işlədib və onlara qarşı psixoloji zorakılıq göstərib. Bununla əlaqədar Pınar Kaşgören Bakırköy Ailə Məhkəməsinə müraciət etmişdi.

Məhkəmə müraciəti nəzərdən keçirərək Nihat Kahvecinin keçmiş həyat yoldaşına və övladlarına yaxınlaşmaması, həmçinin onlarla hər hansı formada əlaqə saxlamaması barədə mühafizə və uzaqlaşdırma qərarı vermişdi.

Jalə Demokrat.az

D
demokrat.az