Biləcəridə yolun bir hissəsi çöküb.
Çökmə Biləcəri İstirahət Mərkəzinin qarşısındakı yolda qeydə alınıb.
Çökmə sözügedən yolda nəqliyyat vasitələrini idarə edən sürücülərin hərəkətini çətinləşdirib.
Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, qeydə alınan məsələ ilə bağlı məlumatlıdır:
"Məsələ ilə bağlı artıq aidiyyəti üzrə məlumat verilib, problem bu gün ərzində aradan qaldırılacaq". (oxu.az)
Demokrat.az
Demokrat.az


