Gündəm

Cahangir Əsgərovun ailəsinə məxsus şirkətin “maya”sından milyonlarla manat götürüldü

Cahangir Əsgərovun ailəsinə məxsus şirkətin “maya”sından milyonlarla manat götürüldü

Azərbaycanın kosmetika istehsalçısı olan “Gazelli Group” nizamnamə kapitalını kəskin azaldıb.

Demokrat.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalının həcmi38 faizaşağı düşüb.

Belə ki, “Gazelli Group”dan16 milyon 976 min manatgeri çəkilib. Beləliklə, şirkətin nizamnamə kapitalı44 milyon 924 min manatdan 27 milyon 948 min manataqədər azalıb.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl“Dr. Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gazelli Group” Məhdud Məsuliyyətli Cəmiyyətindənayrılıb.

Qeyd edək ki,“Gazelli Group”AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovunmərhumhəyat yoldaşı,genetika və tibbi profilaktika üzrə elmlər doktoruZərifə Həmzəyevatərəfindən 1999-cu ildətəsis edilib. Z.Həmzəyeva ötən ilin yanvarındavəfat edib.

D
demokrat.az