Gündəm Özəl

"Lufthansa" hava yollarından Azərbaycana qarşı təxribat — FOTOFAKT

Lufthansa hava yollarından Azərbaycana qarşı təxribat — FOTOFAKT

Almaniyanın məşhur "Lufthansa" hava yolları şirkəti Azərbaycana təxribata əl atıb. Şirkətin saytında sərnişinlərə təqdim olunan rəsmi uçuş xəritəsində ciddi qanun pozuntusu aşkarlanıb.

Demokrat.az-ın məlumatına görə, platformada torpaqlarımızın adı saxtalaşdırılıb.

Uçuş zamanı izlənilən canlı xəritədə Xankəndi şəhərinin adı təhrif edilib. Alman şirkəti qədim yurdumuzu qondarma "Stepanakert" adı ilə qeyd edib.

Bu xoşagəlməz hadisə iyulun 7-də həyata keçirilən uçuşda qeydə alınıb.

Lufthansa hava yollarından Azərbaycana qarşı təxribat — FOTOFAKT
Lufthansa hava yollarından Azərbaycana qarşı təxribat — FOTOFAKT

Aviaşirkət hələ ki mövzu ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Beləliklə, tanınmış beynəlxalq aviaşirkət öz platformasında separatçıları dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirib.

Demokrat.az

D
demokrat.az