İdman

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib (Yenilənib)

UEFA Avropa Liqası: Qarabağ Vestrini məğlub edib (Yenilənib)

"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.

Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq. xxx

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.

Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.

30-cu dəqiqədə Zakaria Savo fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.(Report)

Demokrat.az

D
demokrat.az