İdman

Avropa Liqası: "Qarabağ" mübarizəyə başlayır

Avropa Liqası: Qarabağ mübarizəyə başlayır

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayacaq.

Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı Roman Jitar (Moldova) idarə edəcək.

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olacaq.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası I təsnifat mərhələsi (ilk oyun) 9 iyul

20.00 Qarabağ (Azərbaycan) - Vestri (İslandiya) Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova). VAR: Luka Çibelli (İsveçrə). AVAR: Anoen Kanaqasinqam (İsveçrə). Tofiq Bəhramov adına Respublika Stadionu.

Demokrat.az

D
demokrat.az