İdman

"Qala Həyat" Avropa çempionu olan komandamızı təbrik etdi

Qala Həyat Avropa çempionu olan komandamızı təbrik etdi

"Qala Həyat" Sığorta Şirkəti ASC minifutbol üzrə Azərbaycan milli komandasını Avropa çempionu olması münasibətilə təbrik edib.

Şirkətdən Demokrat.az-a verilən məlumata görə, "Qala Həyat" tarix yazan milli komandanın bu möhtəşəm uğurunu yüksək qiymətləndirərək, bütün futbolçulara, məşqçi heyətinə və bu qələbədə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

"Qala Həyat" minifutbol millimizin qazandığı Avropa çempionluğunu ölkə idmanı üçün əlamətdar hadisə olmaqla yanaşı, bütün Azərbaycan xalqı üçün böyük qürur mənbəyi olduğunu bəyan edib.

Şirkət təbrik mesajında milli komandaya gələcək yarışlarda da yeni nailiyyətlər və uğurlar arzulayıb.

Demokrat.az

D
demokrat.az