Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo və nişanlısı Corcina Rodriges artıq 10 ilə yaxındır ki, münasibətdədir. Vaxtilə bir sıra məşhur modellərlə eşq yaşayan Ronaldonun ən uzunmüddətli münasibəti məhz Corcina ilə olub.
Demokrat.az xəbər verir ki, cütlük 2016-cı ildə tanış olub və münasibətləri qısa müddətdə ciddi xarakter alıb. Onların bir neçə övladı var. Corcina Rodriges həmçinin Ronaldonun daşıyıcı ana vasitəsilə dünyaya gələn uşaqlarının qayğısına qalaraq böyük ailənin ayrılmaz hissəsinə çevrilib.
Məlumata görə, Ronaldonun Corcinaya ötən il etdiyi evlilik təklifi də böyük rezonans doğurub. Bildirilir ki, futbolçu nişanlısına təxminən 50 karatlıq, dəyərinin 4,5 milyon dollar olduğu iddia edilən brilyant üzük hədiyyə edib.
Münasibətlərini uzun illərdir izləyənlərin fikrincə, cütlüyün harmoniyasının əsas səbəblərindən biri onların ortaq həyat tərzi sürməsidir. Ronaldo və Corcina boş vaxtlarında birlikdə məşq edir, sağlam həyat tərzinə üstünlük verir və idmanı gündəlik həyatlarının ayrılmaz hissəsi hesab edirlər.
Corcina uşaqlıq illərində klassik balet və rəqslə məşğul olub, hazırda da müntəzəm idman edir. O, sosial şəbəkələrdə tez-tez idman zalından görüntülər paylaşır və bu paylaşımların bir çoxunda Ronaldo da yer alır.
Münasibətlər üzrə mütəxəssislər hesab edirlər ki, ortaq maraqların paylaşılması, xüsusilə birlikdə idman etmək və eyni həyat tərzini seçmək cütlüklər arasında emosional bağın möhkəmlənməsinə, eləcə də münasibətin uzunömürlü olmasına müsbət təsir göstərir.
Qeyd edək ki, Ronaldonun daha əvvəl İrina Şeyk, Cemma Atkinson və Nereida Qalyardo ilə münasibətləri olub. Lakin onların heç biri uzunmüddətli olmayıb. Corcina ilə münasibəti isə futbolçunun şəxsi həyatındakı ən uzunmüddətli birlik hesab olunur.






Jalə Demokrat.az


