İdman Özəl

İkardi və Çina Suarez ayrıldı? — Yeni iddialar

İkardi və Çina Suarez ayrıldı? — Yeni iddialar

"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi ilə aktrisa Çina Suarezin ayrıldığı iddiaları gündəmdədir.

Demokrat.az xəbər verir ki, Argentina mətbuatında yayılan məlumata görə, cütlüyün münasibətlərində gərginlik yaranıb. İddialara əsasən, buna səbəb İkardinin model Yekaterina Ojeda ilə yazışmaları və xəyanət etdiyi barədə yayılan xəbərlər olub.

Məlumata görə, Çina Suarez bu iddialardan sonra İkardi ilə yaşadığı evi tərk edib. Bəzi media orqanları cütlüyün münasibətlərinə son qoyduğunu yazır.

Bununla belə, ayrılıq xəbərlərinin doğru olmadığını iddia edən mənbələr də var. Onların sözlərinə görə, Mauro İkardi və Çina Suarez hələ də birlikdədir və yayılan məlumatlar təsdiqini tapmayıb.

Qeyd edək ki, Mauro İkardi uzun müddət həyat yoldaşı Vanda Nara ilə qalmaqallı ayrılıq prosesi yaşadıqdan sonra Çina Suarezlə münasibətini ictimailəşdirmişdi.

Jalə Demokrat.az

D
demokrat.az