2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya ilə qarşılaşan Portuqaliya millisi 2:1 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Demokrat.az xəbər verir ki, qarşılaşmada hesabı açan Kriştiano Ronaldo tarixə düşüb. Oununla o, dünya çempionatları tarixinə yeni rekord müəyyənləşdirib. Belə ki, 41 yaş 148 günlüyündə qol vuran hücumçu mundialların pley-off mərhələsində fərqlənən ən yaşlı futbolçu olub.
Bu nəticədən sonra Portuqaliya yığması 1/8 finalda İspaniya millisi ilə üz-üzə gələcək.
Jalə Demokrat.az


