İdman Özəl

İkardi sevgilisindən ayrıldı: Nə baş verib?

İkardi sevgilisindən ayrıldı: Nə baş verib?

Maqazin dünyasının diqqət mərkəzində olan cütlüklərdən biri – Çinа Suares və Mauro İkardinin ayrıldığı iddia olunur.

Demokrat.az xəbər verir ki, təxminən 1,5 ildir birlikdə olan cütlüyün münasibətlərinə son qoyduğu, bu qərarın isə Suares tərəfindən verildiyi bildirilir.

Hələlik nə Çinа Suares, nə də Mauro İkardi bu iddialarla bağlı rəsmi açıqlama verib. Buna baxmayaraq, xəbərlər sosial şəbəkələrdə geniş müzakirə olunur.

Məlumata görə, onların münasibəti 9 yanvar 2025-ci ildə başlayıb və qısa müddətdə dünya mediasının diqqətini cəlb edib. Son həftələrdə isə cütlük arasında yaranan gərginliyin dözülməz həddə çatdığı iddia edilir.

Jurnalist Yanina Latorrenin canlı yayımda səsləndirdiyi məlumata əsasən, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında uzun müddətdir həll olunmayan problemlər olub.

İddialara görə, Mauro İkardinin bəzi davranışları, qısqanclıq zəminində yaranan mübahisələr və eyni evdə yaşamağın yaratdığı gərginlik 1,5 illik münasibətin sona çatmasına səbəb olub. Xüsusilə son dövrdə baş verən ciddi mübahisələrin Çinа Suaresin geri dönməmək qərarında həlledici rol oynadığı bildirilir.

Yanina Latorrenin sözlərinə görə, ayrılıq qərarından sonra Mauro İkardi bu vəziyyətdən ciddi şəkildə sarsılıb. Çinа Suares isə artıq bu münasibəti davam etdirmək üçün özündə güc görmədiyi üçün ayrılmaq qərarında israrlı olub.

Bununla belə, yayılan məlumatlar hələlik yalnız iddia xarakteri daşıyır. Maraqlıdır ki, cütlük "Instagram" hesablarında birlikdə çəkilmiş fotolarını hələ də silməyib. Bu da izləyicilər arasında onların münasibətinin gələcəyi ilə bağlı müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub.

Jalə Demokrat.az

D
demokrat.az