İdman

Adil Şükürov "Sumqayıt"da rəhbər vəzifəyə gətirildi

Adil Şükürov Sumqayıtda rəhbər vəzifəyə gətirildi

Səbail"in sabiq baş məşqçisi Adil Şükürov "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin olunub

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

48 yaşlı mütəxəssis daha öncə "Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" klublarında baş məşqçi vəzifəsində çalışıb.

Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib. (oxu.az)

Demokrat.az

D
demokrat.az