Türkiyə futbolunun tanınmış simalarından olan İsmayıl Köybaşı peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə futbolçunun son klubu olan Göztepe məlumat yayıb.
Klubun açıqlamasında bildirilib ki, komandanın kapitanı İsmayıl Köybaşı futbolçu karyerasını bitirmək qərarına gəlib. Bununla yanaşı, onun klubun strukturunda fəaliyyətini davam etdirəcəyi qeyd olunub.
36 yaşlı müdafiəçi karyerası ərzində Türkiyənin aparıcı klublarında çıxış edib. O, əvvəlcə Beşiktaş forması ilə 7 mövsüm keçirib və burada ölkə çempionluğu yaşayıb. Daha sonra Fənərbağça və Trabzonspor komandalarında da çıxış edib.
İsmayıl Köybaşı karyerası ərzində İspaniyanın Granada klubunda da oynayıb. Son olaraq isə 2022-ci ildən etibarən Göztepenin formasını geyinirdi.
Təcrübəli futbolçu həmçinin uzun illər Türkiyə milli futbol komandasının da üzvü olub.
Jalə Demokrat.az


