Gündəm

Azərbaycanda bu nazir vəzifələri boşdur — SİYAHI

Azərbaycanda bu nazir vəzifələri boşdur — SİYAHI

Hazırda Naxçıvan Muxtar Respublikasında bir sıra yüksək vəzifələr boşdur.

Demokrat.az “ölkə.az”a istinadla xəbər verir ki, bəzi kreslolar 4 ildir yeni sahibini gözləyir.

Bura muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları daxildir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədriVasif Talıbov2022-ci il dekabrın 21-də istefa verib. Hazırda həmin vəzifəni sədrin birinci müaviniBəxtiyar Məmmədovicra edir.

Muxtar respublikanın ədliyyə naziriDaşqın Rəhimov2023-cü il oktyabrın 11-də işdən çıxarılıb.

Hazırda ədliyyə nazirinin səlahiyyətlərini nazir müaviniHüseyn Səfərovyerinə yetirir.

Naxçıvan MR-ın mədəniyyət naziriNatəvan Qədimova2023-cü il mayın 8-də vəzifədən uzaqlaşdırılıb. Nazir vəzifəsinin icrası isə müvəqqəti olaraq nazir müaviniHəsən Seyidovahəvalə olunub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziriSamiq Sadıxov2025-ci il dekabrın 1-də tutduğu vəzifədən azad edilib. Yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası nazir müaviniRəşadət Nabatovatapşırılıb.

Muxtar respublikanın rabitə və yeni texnologiyalar naziri (hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri)Vüsal Sevdimalıyev2023-cü il sentyabrın 8-də işdən uzaqlaşdırılıb. Həmin ilRahid ƏləkbərliNaxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib.

Eyni zamanda, nazirin səlahiyyətlərinin icrası da ona həvalə olunub. Lakin R.Ələkbərli 2025-ci ildə nazir müavini vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və eyni zamanda nazir vəzifəsinin icrasıAzər Məmmədrəhimovahəvalə edilib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisiCavid Kəngərli2025-ci il fevralın 20-də işdən çıxarılıb. Hazırda xidmətə rəis müaviniTural Abdulzadərəhbərlik edir. Nazirin səlahiyyətlərinin icrası ona həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsi də boşdur.

Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edənMüslüm Cabbarzadəbir müddət əvvəl işdən çıxarılıb. 2026-cı il mayın 8-dəNurlan FətəliyevƏmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədriSahil Abdulla oğlu Tahirli2025-ci il iyunun 12-də vəzifəsindən azad olunub. Hazırda televiziyaya müvəqqəti olaraq jurnalistİlhamə Novruzovarəhbərlik edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də vakantdır. Bu il fevralın 9-da şəhərin icra başçısıCabbar Musayevmuxtar respublikanın

Baş naziri təyin olunub. Prezident İlham Əliyev həmin gün C.Musayevi icra başçısı vəzifəsindən azad edib.

Hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra başçısının birinci müavinƏhməd Vəliyevyerinə yetirir.

Demokrat.az

D
demokrat.az