Gündəm

Bakıdakı ağır tıxacın səbəbi bilindi

Bakıdakı ağır tıxacın səbəbi bilindi

Paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb. Sürücülər uzn müddət yollarda qalıb.

Tıxacların əsas səbəbi bu gün keçirilən kütləvi tədbirlərdir.

Hazırda şəhərin müxtəlif istiqamətlərində eyni vaxtda bir neçə böyük ali məktəbin məzun günü qeyd olunur.

Buta Palace-da Milli Aviasiya Akademiyasının, Baku Crystal Hall-da İqtisad Universitetinin, Bakı İdman Sarayında Slavyan Universitetinin məzun gecələri keçirildiyindən sözügedən arenaların ətrafında hərəkət tamamilə dayanıb. Eyni zamanda Təbriz küçəsində Dillər Universitetinin tədbiri ilə əlaqədar olaraq Nərimanov rayonu ərazisində də oxşar mənzərə yaranıb. Xırdalan istiqamətində isə Bakı Mühəndislik Universitetinin məzun günü yoldakı sıxlığı pik həddə çatdırıb.

Analoji vəziyyət bölgələrdə də müşahidə olunur. Sumqayıt və Mingəçevir Dövlət Universitetlərinin məzun gecələri səbəbindən həmin şəhərlərin mərkəzi küçələrində də nəqliyyatın hərəkəti çətinləşib. Yollarda sıxlığın gecə saatlarına qədər davam edəcəyi gözlənilir.

Demokrat.az

D
demokrat.az