İdman

DÇ-2026: Xorvatiya millisi Qananı məğlub edib

DÇ-2026: Xorvatiya millisi Qananı məğlub edib

Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur.

Demokrat.azxəbər verir ki, L qrupunun sonuncu – III turu çərçivəsində Xorvatiya və Qana seçmələri qarşılaşıb. ABŞ-ın Filadelfiya şəhərindəki eyniadlı stadionda keçirilən gərgin oyun Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 31-ci dəqiqədə xorvatiyalı yarımmüdafiəçi Petar Suçiç açıb. Afrikalılar 73-cü dəqiqədə Derrik Lyukkassenin qolu ilə tarazlığı bərpa etsələr də, Xorvatiya millisi sona yaxın qələbə topunu vura bilib. Qarşılaşmanın 83-cü dəqiqəsində Nikola Vlaşiç fərqlənərək komandasına vacib 3 xalı qazandırıb.

Xorvatlar xallarının sayını 6-ya yüksəldib və qrup ikincisi kimi 1/16 finala vəsiqə qazanıb. Dörd xalı olan Qana isə ən yaxşı üçüncülər sırasından pley-offa yüksəlib.

Demokrat.az

D
demokrat.az