İdman Özəl

Nişanlısı Ronaldonun neçə yaşına qədər futbol oynayacağını açıqladı

Nişanlısı Ronaldonun neçə yaşına qədər futbol oynayacağını açıqladı

Kriştiano Ronaldonun nişanlısı Ceorcina Rodriges 41 yaşlı hücumçunun yüksək səviyyədə çıxış etməyə motivasiyanı necə qoruyub saxladığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında yazıb.

"İnanılmazdır ki, bu günə qədər də futbola bizim tanış olduğumuz ilk gündəki kimi eyni motivasiya ilə yanaşır. Heç vaxt elə olmur ki, o, bütün gücünü ortaya qoymasın. İnsanlar nə vaxt karyerasını bitirəcəyini soruşur. Açıq deryirəm ki, o, 50 yaşına qədər oynaya bilər", deyə Rodriges bildirib.

Qeyd edək ki, Ronaldonun çıxış etdiyi Portuqaliya milli komandası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistanı məğlub edib. Görüş 5:0 hesabı ilə başa çatıb. Birinci hissədə Ronaldo dubl edib, daha bir qolu Nunu Mendesh vurub. İkinci hissədə Abduvahid Nematov öz qapısına qol vurub, Rafael Leao isə yekun hesabı müəyyənləşdirib.

K qrupunda Portuqaliya 4 xalla ikinci yerdə qərarlaşıb, Özbəkistanın isə xalı yoxdur. Qrupun lideri 6 xalla Kolumbiya millisidir. Kolumbiya ikinci turda Konqonu məğlub edib.

Son turda 28 iyun tarixində Portuqaliya Kolumbiya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 03:30-da başlayacaq. Eyni vaxtda Özbəkistan və Konqo oyunu da keçiriləcək.

Jalə Demokrat.az

D
demokrat.az