Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.
Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşam saatlarından növbəti günün səhərinədək şimşək çaxacağı, leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Gecə saatlarında yağıntının qısamüddətli güclənmə ehtimalı var. İyunun 28-də paytaxtda havanın nisbətən sərin keçəcəyi proqnozlaşdırılır.
Bölgələrdə isə fasilələrlə davam edən qeyri-sabit hava şəraiti iyunun 28-i axşamadək çəkəcək. Ayrı-ayrı yerlərdə leysan qeydə alınacaq, dolu düşəcək.
Güclü yağıntılar səbəbindən Kür, Araz və Qanıx çaylarında sululuq artacaq. Bəzi dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, bəzi həssas ərazilərdə isə subasma hallarının olacağı ehtimal edilir.
Demokrat.az


