Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Sinoptiklər axşama doğru yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli yağış, gecəyə doğru isə yağışın intensivləşəcəyini və şimşək çaxacağını proqnozlaşdırırlar.
Gün ərzində əsən şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Yarımadada temperatur gecə 19-22°, gündüz 26-29° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq, rütubət isə gündüz saatlarında 55-60 %-ə qədər enəcək.
Rayonlarda da oxşar vəziyyət müşahidə ediləcək. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı bölgələrdə isə yağışın intensiv və güclü olacağı gözlənilir. Hətta dolu düşmə ehtimalı da var. Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bölgələrdə havanın temperaturu gündüz 25-29° isti, dağlarda isə 15-20°, bəzi yerlərdə isə 23-26° isti təşkil edəcək.
Demokrat.az


