Braziliya millisi DÇ-2026-da Şotlandiya ilə qarşılaşmada Vinisius Juniorun ləğv edilən qoluna görə FİFA-ya rəsmi etiraz ünvanlayıb. Turnirdə tətbiq olunan hakimlik meyarlarının ədalətsiz olduğunu idarə edən Braziliya tərəfi maraqlı müqayisə aparıb.
Braziliya Futbol Konfederasiyası etirazında Argentina-Avstriya matçını nümunə göstərib. Bildirilib ki, həmin oyunda argentinalı Aleksis Mak Allisterin qayda pozuntusu cəzasız qalıb və ardınca Lionel Messi qol vurub. Lakin hakimlər həmin epizoda müdaxilə etməyiblər.
Braziliya tərəfi bəyan edib ki, Vinisiusun qolunun ləğvi turnirin ümumi hakimlik fəlsəfəsinə tamamilə ziddir. Qərarın hətta Şotlandiya futbolçuları üçün də gözlənilməz olduğu, rəqibin də VAR müdaxiləsi gözləmədiyi vurğulanıb.
Demokrat.az


