Türkiyə millisinin gənc ulduzu Arda Gülər dünya çempionatında tarixi uğura imza atıb. D qrupunda ABŞ ilə qarşılaşmada fərqlənən futbolçu komandasının uzunmüddətli qol həsrətinə son qoyub.
Matçın 10-cu dəqiqəsində rəqib qapısına yol tapan Arda Türkiyə yığmasının dünya çempionatlarında son 24 ildəki ilk qolunun müəllifi olub. Millinin turnirdəki son qolunu 2002-ci ildə İlhan Mansız Cənubi Koreya şəbəkəsindən keçirmişdi.
Bu qolla 21 yaşlı futbolçu həm də şəxsi rekordunu yeniləyib. O, Emre Belözoğlunu geridə qoyaraq dünya çempionatlarında qol vuran ən gənc türk futbolçu adını qazanıb. Belözoğlu 21 yaş 275 günlüyündə fərqləndiyi halda, Arda bu nəticəni 21 yaş 120 günlüyündə gerçəkləşdirib.
Demokrat.az


