İdman Özəl

DÇ-də daha bir matç ləğv edilə bilər

DÇ-də daha bir matç ləğv edilə bilər

DÇ-2026-da hava şəraiti komandaların planlarını alt-üst etməkdə davam edir. Turnirin qrup mərhələsi çərçivəsində baş tutmalı olan Tunis - Niderland qarşılaşması təhlükə altındadır.

Niderland mətbuatının yazdığına görə, Kanzas-Sitidəki "Errouhed" stadionunda keçiriləcək oyun güclü tufan səbəbindən vaxtında başlamaya bilər. Reqlamentə əsasən, arenanın 13 kilometrlik radiusunda şimşək çaxsa, qarşılaşma dərhal dayandırılmalıdır. Belə vəziyyətdə azarkeşlər tribunadan çıxarılır və oyun ən azı yarım saatlıq təxirə salınır.

Qeyd edək ki, bu turnirdə analoji hadisə artıq yaşanıb. Fransa və İraq millilərinin görüşündə tufan üzündən fasilə iki saat çəkmiş və bu qarşılaşma dünya çempionatları tarixinə ən uzun oyun kimi düşmüşdü. Oxşar hava probleminin Fransa - Norveç matçında da təkrarlanacağı ehtimal edilir.

Demokrat.az

D
demokrat.az