İdman Özəl

Keçmiş arvadı şikayət etdi, İkardinin ölkədən çıxışına "stop" qoyuldu

Keçmiş arvadı şikayət etdi, İkardinin ölkədən çıxışına stop qoyuldu

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi barədə Argentinada məhkəmə qərarı ilə ölkədən çıxış qadağası tətbiq edildiyi iddia olunur. Məlumatlar futbolçunun gələcəyi və planları ətrafında yeni müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, Argentina mətbuatında yer alan xəbərlərə görə, qərarın İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın vəkillərinin müraciətindən sonra qəbul edildiyi bildirilir.

Məlumata əsasən, hüquqi proses əsasən cütlüyün qızları ilə bağlı maliyyə öhdəlikləri üzərində qurulub.

İddialara görə, bu qərardan sonra Mauro İkardinin Türkiyəyə qayıdış planları da çətinləşib. Məlumatda qeyd olunur ki, futbolçunun vəkilləri məhdudiyyətin ləğvi üçün təcili məhkəmə iclasının keçirilməsini tələb ediblər.

Digər tərəfdən, İkardinin İstanbulda kirayədə yaşadığı villa ilə bağlı proses və ev sahibi ilə yaşadığı hüquqi mübahisələr də gündəmdə qalmaqdadır. Bu hüquqi inkişaflar fonunda argentinalı hücumçunun gələcəyi və mümkün transfer planları ilə bağlı qeyri-müəyyənlik daha da artıb.

Jalə Demokrat.az

D
demokrat.az