Türkiyə Futbol Federasiyasının (TFF) Paraqvaya qarşı keçirilən dünya çempionatı matçının yenidən oynanılması ilə bağlı FIFA-ya etdiyi müraciət qəbul olunmayıb.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, federasiya qarşılaşmanın 45-ci dəqiqəsində baş verən maraqlı epizodu əsas gətirərək oyunun nəticəsinə etiraz edib. Belə ki, paraqvaylı futbolçulardan biri yerə düşən hakim saatını götürərək qoluna taxıb. TFF bu hadisənin hakimin nüfuzuna və oyunun idarə olunmasına təsir göstərə biləcəyini bildirib.
Məsələni araşdıran FIFA isə oyunun təkrar keçirilməsi üçün əsas görmədiyini açıqlayıb. Qurumun federasiyaya göndərdiyi cavabda qeyd olunub ki, sözügedən hadisə hakimin vəzifələrini yerinə yetirməsinə mane olmayıb və matçın gedişinə təsir göstərməyib.
FIFA həmçinin vurğulayıb ki, hakimin ehtiyat saatının olması oyunun idarə olunması ilə bağlı hər hansı şübhəni aradan qaldırır. Buna görə də Türkiyənin etirazı təmin edilməyib və matçın nəticəsi qüvvədə saxlanılıb.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda Paraqvaya 0:1, Avstraliyaya isə 0:2 hesabı ilə məğlub olaraq mundialla qrup mərhələsində vidalaşıb.
Jalə Demokrat.az


