İdman

Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

Kriştiano Ronaldo dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Demokrat.az xəbər verir ki, "Opta"nın məlumatına görə, Portuqaliya millisinin hücumçusu Özbəkistanla keçirilən matçda hesabı açaraq 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub.

Ronaldo 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı il mundiallarının hər birində qol vurmaqla tarixə düşüb. Bu qolla onun dünya çempionatlarındakı ümumi qollarının sayı 9-a yüksəlib.

Demokrat.az

D
demokrat.az