İdman

Onlar da DÇ-2026 ilə vidalaşacaqlar

Onlar da DÇ-2026 ilə vidalaşacaqlar

DÇ-2026-da pley-off şansını itirən daha bir komanda müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu, İordaniya olub.

Sözügedən milli qrup mərhələsinin 2-ci turunda Əlcəzairə uduzub. Bununla da 3-cü turun nəticəsindən asılı olmayaraq, İordaniyanın turnirlə vidalaşacağı dəqiqləşib.

İordaniya yığması cari mundialda pley-off şansını əldən verən 4-cü komandadır.

Adıçəkilən komanda son oyununda - 3-cü turda Argentina millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, bunadək Türkiyə, Haiti və Tunisin də qrup mərhələsindən çıxa bilməyəcəyi dəqiqləşib.

Demokrat.az

D
demokrat.az