Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olub.
Əfsanəvi ulduz DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Avstriya ilə matçda mundiallar tarixindəki 17-ci qoluna imza atıb.
ABŞ-nin Arlinqton şəhərindəki “AT&T” stadionunda davam edən qarşılaşmanın 39-cu dəqiqəsində fərqlənən Messi turnirdəki qollarının sayını 4-ə çatdırıb. O, Medinanın soldan ötürdüyü topu qapıdan keçirərək adını tarixə yazdırıb.
Bununla da argentinalı kapitan dünya çempionatlarında 16 qolu olan almaniyalı sabiq hücumçu Miroslav Klozeni geridə qoyaraq mütləq rekorda sahib çıxıb. Siyahının 3-cü pilləsində isə aktivində 15 qol olan portuqaliyalı ulduz Kriştianu Ronaldo qərarlaşıb.
Qeyd edək ki, iyunun 11-də start götürən və ABŞ, Meksika, Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Argentina millisi turnirin son qalibidir.
Demokrat.az


